Bakı. TurkicWorld:
HAVELSAN-ın Türkiyə müdafiə sənayesi daxilində inkişaf etdirdiyi pilotsuz hava, quru və dəniz vasitələri ilə birlikdə xidmət göstərəcək “Rəqəmsal Birlik” sisteminin bu il təhvil verilməsi hədəflənir.
TurkicWorld-un məlumatına görə, 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2021) ilk dəfə olaraq “Rəqəmsal Birlik” konsepsiyasını təqdim edən HAVELSAN, yetərincə təkminləşmiş pilotsuz nəqliyyat vasitələrini bu il təqdim etməyi planlayır.
Son zamanlar pilotsuz quru, hava və dəniz vasitələrinin böyük diqqət çəkdiyini ifadə edən HAVELSAN-ın baş direktoru Mehmet Akif Nacar, bu il bu platformaların istifadəsi ilə yaradılan rəqəmsal birlik konsepsiyasının nümunələrini təqdim edəcəklərini bildirib.
“Artıq BARKAN, BAHA, SANCAR-ın rəqəmsal birliyin tərkib hissəsi kimi necə işləyəcəyini, eləcə də “TEK-ER”in birlik içində necə yerləşəcəyini təqdim etməyi düşünürük. Bu səbələdə biz artıq bununla bağlı bəzi sınaq və yoxlama işləri görməyə başlayırıq”. – deyə o bildirib.
Nacar, HAVELSAN Rəqəmsal Birliyinin ordu inventarına az sayda verilərək sınaqdan keçiriləcəyini qeyd edərək, sınaqlar nəticəsində isə tezliklə kütləvi istehsala başlayacaqlarını açıqlayıb.
Məlumat üçün qeyd edək ki, HAVELSAN-ın rəhbərliyi altında öz sahəsində aparıcı şirkətlərin əməkdaşlığı ilə hazırlanmış, orta sinif-2 pilotsuz quru vasitəsi KAPGAN üçün də sınaq və platforma təkmilləşdirmə işləri aparılır.