TOGG-un enerjidoldurma məntəqələrinin sayı 20 minə çatdırılacaq

TOGG-un enerjidoldurma məntəqələrinin sayı 20 minə çatdırılacaq

Bakı, TurkicWorld:

Türkiyənin yerli istehsal elektrikli avtomobili TOGG-un enerjidoldurma məntəqələrinin sayı bu ilin sonunadək 15-20 minə çatdırılacaq.

TurkicWorld AzerPress-ə istinadən xəbər verir ki, hazırda enerjidoldurma məntəqələrinin sayı 6 min 500-dür.

Məlumata əsasən, Türkiyə Elektrikli və Hibrid Avtomobillər Platformasının (TEHAD) rəhbəri Behad Bayram bildirib ki, 2024-2025-ci illərə qədər Türkiyədə enerjidoldurma məntəqələrinin sayının 50 minə çatdırılması hədəflənir.

Məlumat üçün bildirək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

TOGG-un elektrik krossover SUV C seqmentinin və elektrik sedanın prototipləri 2019-cu ilin dekabrında təqdim edilib.

Bu ilin 14 mart tarixində Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG-un qiymətləri açıqlanıb.

“TX10” adı daşıyan avtomobilin başlanğıc dəyəri 953 min lirədir, TOGG transmissiyaya görə, üç fərqli model təklif edib.

V1 RWD Standart avtomobilin qiyməti 953 min lirə, V2 RWD Standart avtomobilin qiyməti 1 milyon 55 min lirə, V2 RWD Uzun mənzilli avtomobilin qiyməti 1 milyon 215 min lirədir.