Türkiyənin TCG amfibiya tipli hücum gəmisinin qəbul sınaqları tamamlanıb

Türkiyənin TCG amfibiya tipli hücum gəmisinin qəbul sınaqları tamamlanıb

Bakı, TurkicWorld

Türkiyənin TCG amfibiya tipli hücum gəmisinin qəbul sınaqları tamamlanıb və inventara giriş tarixi açıqlanıb.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, hücum gəmisi aprelin 8-də inventara daxil olaraq, fəaliyyətə başlayacaq.

Məlumata əsasən, Türkiyənin Hürjet, Milli Döyüş Təyyarəsi, Kızılelma kimi hava gəmilərinin də TCG Anadolu gəmisinə yerləşdirilməsi planlaşdırırlır.

Məlumat üçün qeyd edək ki, TCG Anadolu amfibiya tipli hücum gəmisi Türkiyənin ən böyük hücum gəmisidir. Gəminin tikintisinə 2014-cü ildə başlanılıb.1iyul 2020-ci ildə gəminin liman testlərinin ardınca 20 iyun 2022-ci ildə dəniz sınaqları tamamlanıb. Ən müasir radar və sensorlarla təchiz edilmiş gəmi tanklar və zirehli maşınlar da daxil olmaqla 100-ə yaxın avtomobili göyərtəsində, həmçinin desant maşınları və qayıqları daşımağa qadirdir. 27 min 436 ton yük daşıya biləcək gəmiyə PUA və zərbə PUA-larının yerləşdirilməsi planlaşdırılır.