Türkiyədə parfümeriya fabriki anbarında güclü yanğın baş verib

Türkiyədə parfümeriya fabriki anbarında güclü yanğın baş verib

Bakı, TurkicWorld

Türkiyənin Tekirdağ vilayətinin Çerkezköy rayonunda yerləşən parfümeriya fabrikinin anbarında gecə saat 02:30-da güclü yanğın baş verib.

TurkicWorld-un məlumatına görə, anbarda ətir istehsalında istifadə edilən xammalın olması səbəbilə, yanğın şiddətlənib və partlayış baş verib.

Məlumata əsasən, hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib. Yanğınsöndürənlərin saatlarla davam edən müdaxiləsindən sonra yanğın səhər saatlarında söndürülüb.

Hadisənin baş vermə səbəbi bilinmir.