Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib

Bakı. TurkicWorld:

Türkiyənin Adana şəhərində 4,5 bal gücündə zəlzələ baş verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri əyalətin Saimbeyli rayonunda, ocağı isə 9,38 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.