Türkiyənin ilk yerli istehsal avtomobili TOGG-un ilk sahibləri bu gün bəlli olacaq

Türkiyənin ilk yerli istehsal avtomobili TOGG-un ilk sahibləri bu gün bəlli olacaq

Bakı, TurkicWorld:

Türkiyənin ilk yerli istehsal avtomobili TOGG T 10X-in ilk sahibləri bu gün bəlli olacaq.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, 20 min avtomobil üşün 117 min 467 nəfər notariusun iştirakı ilə keçirilən rəqəmsal tiraja qatılacaq.

Məlumata əsasən, bu il təqdim ediləcək 20 min avtomobilin sahibləri ilə yanaşı, 2024-cü ilin yanvar ayı üçün əlavə 20 min nəfər üçün tərtib edilən siyahı açıqlanacaq.

Məlumat üçün bildirək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

TOGG-un elektrik krossover SUV C seqmentinin və elektrik sedanın prototipləri 2019-cu ilin dekabrında təqdim edilib.

Bu ilin 14 mart tarixində Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG-un qiymətləri açıqlanıb.

“TX10” adı daşıyan avtomobilin başlanğıc dəyəri 953 min lirədir, TOGG transmissiyaya görə, üç fərqli model təklif edib.

V1 RWD Standart avtomobilin qiyməti 953 min lirə, V2 RWD Standart avtomobilin qiyməti 1 milyon 55 min lirə, V2 RWD Uzun mənzilli avtomobilin qiyməti 1 milyon 215 min lirədir.