ULAK 4.5G Baza Stansiyası ANKA PUA-na inteqrasiya edilərək ilk sınaq uçuşunu uğurla həyata keçirib

ULAK 4.5G Baza Stansiyası ANKA PUA-na inteqrasiya edilərək ilk sınaq uçuşunu uğurla həyata keçirib

Bakı. TurkicWorld:

Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbərliyi altında ULAK və TUSAŞ tərəfindən həyata keçirilən layihə ilə yerli və milli ULAK 4.5G Baza Stansiyası podda ANKA Pilotsuz Uçuş Aparatı (PUA) platformasına inteqrasiya edilərək ilk sınaq uçuşunu uğurla həyata keçirib.

TurkicWorld-un məlumatına görə, ULAK, TURKCELL və TÜRK TELEKOM-un birgə işi ilə TÜRKSAT peyki vasitəsilə operator şəbəkəsi üzərindən səs (VoLTE), video və məlumat ötürməni uğurla həyata keçirilib.

ANKA PUA platformasına inteqrasiya olunmuş ULAK 4.5G baza stansiyası sınaqlarda aşağı və orta hündürlüklərdə fasiləsiz 4.5G mobil rabitə imkanı sunub.

Qeyd edək ki, baza stansiyasının yüksək hündürlükdə sınaqları hazırda davam edir.

PUA-ların qanadı altında inteqrasiya olunmuş baza stansiyaları bütün mülki, ictimai və hərbi ehtiyacları ödəmək üçün nəzərdə tutulub.

Məlumat üçün bildirək ki, bu layihə ilə fəlakət və ya fövqəladə hallar zamanı kommunikasiyadan məhrum olan rayonlarla koordinasiya etmək, operativ tədbirlər görmək mümkün olacaq.

PUA 4.5G sistemi Universal Layihədə olduğu kimi tək bir operatora deyil, eyni zamanda bir baza stansiyası ilə üç fərqli operatora xidmət göstərmək imkanına malikdir.