Türkiyədə prezident namizədlərinin imza toplama prosesi bu gün yekunlaşır

Türkiyədə prezident namizədlərinin imza toplama prosesi bu gün yekunlaşır

Bakı, TurkicWorld:

Türkiyədə keçiriləcək prezident seçkilərində namizədlərin imza toplama prosesi bu gün saat 20:00-da yekunlaşacaq.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, Türkiyənin 81 vilayəti və xarici ölkələrdə 64 milyondan çox türk vətəndaşı səs verə biləcək.

Məlumata əsasən, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Prezident Rəcəb Tayyib Ərdoğanın, CHP sədri Kamal Kılıçdaroğlunun, Vətən Partiyasının sədri Muharrem İncenin və Ata İttifaqının namizədi Sinan Oğanın prezidentliyə namizədliyi təsdiqlənib.

Prezidentliyə namizədlərin yekun siyahısı martın 31-də açıqlanacaq.

Məlumat üçün bildirək ki, , Türkiyədə Prezident seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Keçiriləcək prezident seçkilərinə Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Eski Genç Partiyanın rəhbəri Cem Uzan, Vatan Partiyasının rəhbəri və 2018-ci il seçimlərində Vatan Partiyasının rəhbər namizədi Doğu Perinçek, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan, həkim və siyasətçi Serdar Savaş, Kamal Kılıçdaroğlu, Yeniden Rifah Partiyasının rəhbəri Fatih Erbakan, Türkiyənin Texnoloji İnkişaf Partiyasının (TEK Parti) rəhbəri Ahmet Özal namizədliyini irəli sürüb.