Seçkilərin nəticələrinin Türkmənistan xalqı üçün faydalı olacağına ümid edirik- Türkiyə XİN

Seçkilərin nəticələrinin Türkmənistan xalqı üçün faydalı olacağına ümid edirik- Türkiyə XİN

Bakı. TurkicWorld :

Türkiyə dost və qardaş Türkmənistanın sabitliyinə önəm verir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Türkmənistanda keçirilən seçkilərlə bağlı bəyanatında deyilir.

"2023-cü il martın 26-da Türkmənistanda keçirilən parlament seçkilərinin dinc və sakit şəraitdə başa çatmasından məmnunuq.

Biz dost və qardaş Türkmənistanın sabitliyinə önəm veririk və seçkilərin nəticələrinin Türkmənistan xalqı üçün faydalı olacağına ümid edirik", - deyə bəyanatda bildirilir.