...

Türkiyə terrorla mübarizəni davam etdirəcək - Ərdoğan

Türkiyə Digər xəbərlər 24 Mart 2023 20:16
TurkicWorld Hafiz Rufizoğlu
Türkiyə terrorla mübarizəni davam etdirəcək - Ərdoğan

Bakı. TurkicWorld:

Türkiyə həm ölkə daxilində, həm də xaricində antiterror əməliyyatlarını davam etdirəcək.

TurkicWorld xəbər verir ki, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tyyib Ərdoğan Kahramanmaraş əyalətində çıxışı zamanı deyib.

"Sərhədlərimizin daxilində və xaricində əməliyyatlarımız son terrorçu ölkəmiz və xalqımız üçün təhlükə yaratmağı dayandırana qədər davam edəcək", - deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, terror təşkilatları vasitəsilə Türkiyəyə təzyiq göstərmək cəhdləri mənasızdır.

Məqalədə:
Xəbərlər

Xəbər lenti