Türkiyənin Balıkesir Universiteti (BAUN) Necatibey Təhsil Fakültəsi Müəlliməsi Dos. Dr. Gülcan Öztürk və BAUN bakalavr məzunu Feyza Şahin Sarıtaş tərəfindən hazırlanan akademik araşdırma beynəlxalq jurnalların reytinqlərinin ən yüksək hissəsi olan Q1 miqyaslı “Education and Information Technologies” jurnalında dərc olunub.
Dos. Dr. Gülcan Öztürk (Kompüter və Tədris Texnologiyaları Təhsili) və Feyza Şahin Sarıtaş (BAUN Məzunları-Edremit Uğur Məktəbləri) tərəfindən hazırlanan “Parents’ awareness of the conscious use of applications on smart devices: A scale development study” adlı araşdırma “Education and Information Technologies” jurnalının 2023-cü il mart sayısında dərc olunub.
Məqaləni buradan oxuya bilərsiniz: https://rdcu.be/c662e
Akademikimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.