ABŞ Türkiyənin F-16-larının təkmilləşdirilməsinə dəstək verdiyini açıqlayıb

ABŞ Türkiyənin F-16-larının təkmilləşdirilməsinə dəstək verdiyini açıqlayıb

Bakı. TurkicWorld:

ABŞ hökuməti Türkiyənin F-16 qırıcı-bombardmançı parkının modernləşdirilməsini, habelə ona lazımi hərbi texnikanın verilməsini dəstəkləyir.

TurkicWorld-un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Hesab edirik ki, Türkiyə qabaqcıl "F-16" təyyarələri və mövcud "F-16"ları üçün təkmilləşdirmə paketi almalıdır. Biz hesab edirik ki, bu, NATO, [Şimali Atlantika] alyansı üçün vacibdir", - deyə dövlət katibi bildirib.