ASELSAN Türkiyə müdafiə sənayesinə yeni töhfələr verməyə davam edir

ASELSAN Türkiyə müdafiə sənayesinə yeni töhfələr verməyə davam edir

Bakı. TurkicWorld:

Türkiyə müdafiə sənayesinin aparıcı şirkətlərindən biri olan ASELSAN, yeni avtonom sualtı avtomobil hazırlayır.

TurkicWorld-un məlumatına görə, ASELSAN gələcəyin döyüş meydanında geniş istifadə olunacaq, uzaqdan idarə oluna bilən, müstəqil qərar qəbul edib həyata keçirmə qabiliyyətinə malik platformalar üzərində işləyir. Hazırlanmaqda olan avtonom sualtı maşınları gəmilərin və sualtı qayıqların müdafiəsində istifadə olunacaq. Bu maşınların minaların aşkarlanması, müəyyən edilməsi və məhv edilməsi sahələrində istifadə olunacağı nəzərdə tutulub.