Türkiyə XİN Avropa Parlamentinin Ermənistanla bağlı hesabatını əsassız adlandırıb

Türkiyə XİN Avropa Parlamentinin Ermənistanla bağlı hesabatını əsassız adlandırıb

Bakı. TurkicWorld:

Türkiyə XİN Avropa Parlamentinin Ermənistanla bağlı hesabatını əsassız adlandırıb.

TurkicWorld xəbər verir ki, Türkiyə XİN bununla bağlı bəyanat yayıb.

"Görünür ki, Avropa Parlamenti 15 mart 2023-cü il tarixli "Aİ-Ermənistan münasibətləri" adlı hesabatında ölkəmiz və 1915-ci il hadisələri ilə bağlı əsassız iddialara yer verməkdə israrlıdır. Tarixi faktlarla, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu fikirlərin bizim üçün heç bir əsası yoxdur. Biz Avropa Parlamentini bu cür birtərəfli və əsassız iddiaları təkrarlamaqdansa, siyasi əxlaqa və beynəlxalq hüquqa uyğun hərəkət etməyə dəvət edirik", - deyə nazirlik vurğulayıb.