Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verib

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verib

Bakı. TurkicWorld:

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada finlandiyalı həmkarı Sauli Niinistö ilə birgə mətbuat konfransında bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, bununla bağlı ölkə parlamentində prosedur başladılacaq.

"Türkiyə və Finlandiya tarixən yaxşı əlaqələri olan iki dost ölkədir. 1924-cü ildə imzalanan anlaşma sənədi ilə təsis edilən əlaqələr daha da güclənib", - Ərdoğan vurğulayıb.

R.T.Ərdoğan əlavə edib ki, ötən il NATO-nun Madrid sammiti çərçivəsində Türkiyə, İsveç və Finlandiya arasında imzalanan üçtərəfli memorandumdan sonra Finlandiya öhdəlikləri üzrə səmimi və konkret addımlar atıb. Beləliklə, Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyə parlamentində ratifikasiya proseduru başlayacaq.

Xatırladaq ki, ötən il avqustun 26-da Helsinkidə Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı Türkiyənin iştirakı ilə üçtərəfli məsləhətləşmələr keçirilib. Daha sonra Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə uzun müddət qarşı çıxsa da, daha sonra müəyyən şərtlər müqabilində razılıq vermişdi.