Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatının 10-dan çox üzvü saxlanılıb

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatının 10-dan çox üzvü saxlanılıb

Bakı, TurkicWorld:

Türkiyənin İstanbul şəhərində İraq İslam Şam Dövləti (İŞİD) terror təşkilatının 13 üzvü saxlanılıb.

TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, anti-terror əməliyyatı İstanbul Polisi Terrorla Mübarizə şöbəsi tərəfindən keçirilib.

Məlumata əsasən, saxlanılanların hamısının əcnəbi vətəndaş olduğu bildirilsə də onların vətəndaşlığı açıqlanmayıb. Hal-hazırda terror təşkilatının digər üzvlərinin axtarılması üçün əməliyyat keçirilir.

Əməliyyatın detalları haqqında geniş məlumat verilməyib.