Türkiyənin yeni “Altay” tankı aprelin sonunda nümayiş olunacaq

Türkiyənin yeni “Altay” tankı aprelin sonunda nümayiş olunacaq

Bakı, TurkicWorld:

Türkiyənin yeni “Altay” tankı aprelin sonunda nümayiş etdiriləcək.

TurkicWorld-un məlumatına görə bu barədə Türkiyənin Tosyalı Holdinq İdarə Heyətinin sədri Fuad Tosyalı bildirib.

“Ankarada Tuna adını daşıyacaq 1200-1500 at gücünə malik yerli mühərriklər hazırlanıb. Hazırda sınaqlar davam edir.”, - deyə o qeyd edib.

O, həmçinin qeyd edib ki, istər avadanlıqlar, istərsə də proqram təminatı yerli proqramçı və mühəndislər tərəfindən hazırlanır.