İqtisadiyyatlarımızın sağlam şəkildə bütünləşməsi üçün Türk İnvestisiya Fonduna önəm veririk - Türkiyə XİN rəhbəri

İqtisadiyyatlarımızın sağlam şəkildə bütünləşməsi üçün Türk İnvestisiya Fonduna önəm veririk - Türkiyə XİN rəhbəri

Bakı.TurkicWorld:

Orta dəhlizin qlobal ticarətdəki payını artırmalıyıq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının (TDT) XİN rəhbərlərinin iclası zamanı bildirib.

"Səmərqənd zirvəsində bu istiqamətdə imzalanan razılaşmaları sürətli şəkildə həyata keçirməliyik. İqtisadiyyatlarımızın sağlam şəkildə bütünləşməsi üçün Türk İnvestisiya Fonduna önəm veririk", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. Toplantı TDT-nin "Fəlakət-Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım" mövzusunda bu gün Ankarada keçiriləcək fövqəladə zirvə görüşü çərçivəsində keçirilir.