Hər kəsi Şimali Kipr türklərinin haqlarını tanımağa dəvət edirəm – Fuat Oktay

Hər kəsi Şimali Kipr türklərinin haqlarını tanımağa dəvət edirəm – Fuat Oktay

Bakı, TurkicWorld:

Hər kəsi Şimali Kipr Türk Respublikasını və Kipr türklərinin haqlarını tanımağa dəvət edirəm.

TurkicWorld-un məlumatına görə, bu barədə AzerPress-ə Türkiyənin vitse-prezidenti Fuat Oktay Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel ilə Ankarada görüşü zamanı bildirib.

“Şimali Kiprin embarqolara məhəl qoymayaraq dünyaya açılması Türkiyənin prioritet məsələlərindəndir. Nəqliyyat və infrastrukturla yanaşı, texnoloji transformasiya, sənayeləşmə, mədənçilik, kənd təsərrüfatı məhsuldarlığının artırılması və əmək bazarının gücləndirilməsi kimi sahələrdə əməkdaşlığımız getdikcə güclənir”, - deyə Oktay bildirib.
O, Türkiyənin kənd təsərrüfatından heyvandarlığa, qadın kooperativlərindən sahibkarlığa qədər bütün məsələlərdə Kipr türklərinə dəstək olmağa hazır olduqlarını əlavə edib.

"Yaxın günlərdə hazır olacaq 2023-cü il İqtisadi və Maliyyə Əməkdaşlıq Müqaviləsi bu günə qədər yaratdığımız infrastrukturu çox fərqli ölçülərə daşıyacaq. Maraş mövzusunda mülk sahiblərinin hüquqlarını nəzərə alaraq Şimali Kipr Türk Respublikasının bölgədə iqtisadiyyat, turizm və sosial mərkəzə çevrilmə səylərini dəstəkləyəcəyik. Biz həm iqtisadi inkişafda, həm də Kipr türklərinin beynəlxalq arenada verdiyi ədalət mübarizəsində nin yanındayıq”, - deyə o vurğulayıb.