Son dəqiqə

Türkiyə Yalçın Topçu Bəraət gecəsi Məhəmməd Əmin Rəsulzadə Ömər Seyfəddin

Yalçın Topçu Ömər Seyfəddin və Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümü ilə bağlı açıqlama verib

Bakı. TurkicWorld:

Bəraət gecəsi olaraq qarşılayacağımız 6 Mart tarixi həm də Türk millətinin iki böyük dəyərli övladının vəfatının ildönümüdür

TurkicWorld-un məlumatına görə, Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu bu sözləri Ömər Seyfəddin və Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümü ilə bağlı açıqlamasında bildirib.

“İlk növbədə, Qurani-Kərimin Lövh-il-Məhfuza endirildiyi bu mübarək gecənin ölkəmiz və millətimizdən hər cür bəlaların uzaqlaşmasına, xalqımızın rifahına və hidayətinə vəsilə olmasını və dualarımızın qəbul olmasını diləyirərək hər birimizin Bəraət gecənizi təbrik edirəm. Xatırlatmaq istəyirəm ki, 6 Mart gecəsi həm də millətimizin iki böyük dəyərli övladının vəfatının ildönümüdür.

Bu böyük dəyərlərdən biri, milli şüurumuzun böyük memarlarından biri olan Ömər Seyfəddindir. O, 1920-ci il martın 6-da 36 yaşında İstanbulda vəfat etmişdir." - deyə o, bildirib.

Ömər Seyfəddinin 'Bu xalq alim deyil, amma müdrikdir. Bu hikmət sayəsində bir çox şeyi oxuyanlardan yaxşı hiss edir, fərqinə varır və bilir' və 'Millətini sevən, dinini də sevər. Dinini sevənlər xalqını da sevməlidirlər. Çünki din ruhdursa, milliyyət bədəndir. Bədən sağlam olsa, ruh da rahat olar' kimi sözlərini xatırladan Topçu Seyfəddinin hər dövrdə sözlərinin nə qədər mənalı və əsaslı olduğunu xatırladaraq onu hörmət, rəhmət və minnətlə andığını bildirib.

"Digər böyük dəyərimiz 'Bir kərə yüksələn bayraq bir daha enməz' sözləri ilə xatırladığımız və azadlığın vazkeçilməz olduğunu hər zaman lakonik şəkildə ifadə edən Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da dünyasını dəyişib və Ankara-Cebeci Əsri qəbiristanlığında dəfn olunub." - deyə Topçu əlavə edib.

O, Rəsulzadənin 'Güclü, möhkəm və ayıq bir milliyyət gətirmək istəyiriksə, üç prinsipə əməl etməliyik: türkləşmək, islamlaşmaq və müasirləşmək'. sözlərini xatırladaraq onun xatirəsini ehtiram, rəhmət və minnətdarlıqla yad etdiyini, onun sözlərini ümumxalq vəsiyyəti kimi qəbul etməyimizin nə qədər zəruri olduğunu vurğulayıb.

"Allah əsrin zəlzələsində yaralanan qardaşlarımıza şəfa, yaxınlarını itirənlərə səbr, şəhidlərimizin ruhlarını cənnət və gözəlliklərlə şad etsin. Ölümlərinin il dönümündə hörmət və rəhmətlə yad etdiyimiz millətimizin iki böyük oğlu Ömər Seyfəddin və Məhəmməd Əmin Resulzadəyə Allah-taala rəhmət eləsin”.

Mövzuya görə xəbərlər