Balıkəsir Universitetinin rektoru zəlzələdən zərər çəkmiş vətəndaşları ziyarət edib

Balıkəsir Universitetinin rektoru zəlzələdən zərər çəkmiş vətəndaşları ziyarət edib

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkəsir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu Çağış Kampusunda yerləşən Həsən Bəsri Cantay Yataqxanasında zəlzələdən zərər çəkmiş vətəndaşları ziyarət edib.

Oğurluya Balıkesir Universiteti Rektor müavini Prof. Dr. Murat Doğdubay, Prof. Dr. Fatih Satıl, baş katib Yemliha Yanar və yataqxana rəsmiləri müşayiət ediblər.

Zəlzələdən zərər çəkənləri ziyarət etdikdən sonra o, İvrindi Sağlamlıq Xidmətləri Peşə Məktəbinin hazırladığı tədbirlərin keçirildiyi uşaq meydançasına da baş çəkib.

Qeyd edək ki, TurkicWorld ilə Türkiyənin Balıkesir universiteti arasında rəsmi media tərəfdaşlığı 2023-cü ilin yanvar ayının 23-də imzalanıb.