...

Zəlzələ qədər dağıdıcı olan afterşoklar hələ də davam edir - Ərdoğan

Türkiyə Digər xəbərlər 28 Fevral 2023 17:03
TurkicWorld Aytac Aliyeva
Zəlzələ qədər dağıdıcı olan afterşoklar hələ də davam edir - Ərdoğan

Bakı. TurkicWorld:

Zəlzələ qədər dağıdıcı olan afterşoklar hələ də davam edir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Ötən həftə Hatayda baş verən yeraltı təkanlardan sonra dünən Malatyada da oxşar vəziyyətlə qarşılaşdıq. Təəssüflər olsun ki, bu təkanlarda dağıntılar yaşadıq, itkilərimiz, xəsarət alanlarımız oldu", - deyə R.T.Ərdoğan əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbərlər

Xəbər lenti