"Qardaş Köməyi" platforması ilə Türkiyəyə yardım göndərilməyə davam edir

"Qardaş Köməyi" platforması ilə Türkiyəyə yardım göndərilməyə davam edir

Bakı. TurkicWorld:

Fevralın 6-da Türkiyənin 11 vilayətində böyük dağıntılara səbəb olan şiddətli zəlzələdən sonra Azərbaycan ilk andan axtarış-xilasetmə qruplarını səfərbər edərək, bölgədəki təcili ehtiyacların ödənilməsi üçün hərəkətə keçib.

TurkicWorld-un məlumatına görə, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycan Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD), Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), Gəncliyə Yardım Fondu, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Dərnəyi (TÜİB), Kiçik və Orta Biznes Subyektəri və Klublarının Assosasiyası (KOBSKA), Azərbaycan Qida və İçki Sənayeçilər Assosasiyası (AQİSA), Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TÜMİB), Azərbaycan Əczaçılar Klubu Assosasiyası, Müasir İnkişaf Assosasiyası, Türkiyə Məzunları Aydınlar və İş Adamları Platforması və Təxris olunmuş əsgərlərin gəncləri aydınlatma birliyi tərəfindən yaradılan Qardaş Köməyi Yardım Platforması kömək etmək üçün fasiləsiz çalışır.

Azərbaycandan gələn yardımlar və hazırda görülən işlər barədə sosial media hesabında məlumat paylaşan Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı 183 konteyner evinin Türkiyəyə göndərildiyini, qalan 9 konteynerin isə Qardaş Yardım Platforması vasitəsilə göndəriləcəyini bildirib.

Qeyd edək ki, Qardaş Köməyi Platformasının bir üzvü olan MÜSİAD Azərbaycan ofisinin başcısı Rəşad Cabirli bildirib ki, Yardım Platforması vasitəsilə Türkiyəyə 300 ton ərzaq yüklənmiş 15 yük maşını təbii fəlakət bölgəsinə göndərilib.

“Həm biznes nümayəndələrimiz, həm də iş adamları fərdi olaraq Qardaş Köməyi Platformasını dəstəkləyir və ümid edirəm ki, bu dəstək lazım olan son bir günə kimi davam edəcək”,- deyə Cabirli əlavə edib.