Malatyada baş verən bugünkü zəlzələdə ölən və yaralananlar var

Malatyada baş verən bugünkü zəlzələdə ölən və yaralananlar var

Bakı. TurkicWorld:

Türkiyənin Malatya bölgəsində baş verən 5.6 bal gücündə zəlzələ nəticəsində 1 nəfər ölüb, 69 nəfər yaralanıb.

TurkicWorld-un məlumatına görə, bu barədə AFAD məlumat yayıb.

Qeyd edilib ki, zəlzələ yerin təxminən 6,97 kilometr dərinliyində baş verib. Zəlzələ nəticəsində dağılan binaların olduğu müəyyən edilib. Hazırda ərazidə axtarış-xilasetmə qrupları fəaliyyət göstərir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 44 min 374 nəfərə çatıb.