Son dəqiqə

Azərbaycan Türkiyə

Azərbaycan hərbi həkimlərinin fəaliyyəti Türkiyə mediasında

Bakı. TurkicWorld:

Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən Kahramanmaraşda yaradılan Səyyar Səhra Xəstəxanasında Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələrinin hərbi həkimləri zəlzələdən zərər çəkənlərə sağlamlıq xidməti göstərirlər.

TurkicWorld-un məlumatına görə, bu barədə "TRT Haber"də dərc edilən məqalədə qeyd edilib.

Bildirilib ki, 19 konteyner və 21 çadırdan ibarət səyyar səhra xəstəxanasında Azərbaycandan 12-si hərbi həkim, 8-i tibb bacısı olmaqla 20 nəfər Türkiyə Silahlı Qüvvələrinin səhiyyə işçiləri ilə birgə çalışır.

Xəstəxanada 2 minə yaxın xəstə müayinə olunub, 85 cərrahi müdaxilə edilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Mövzuya görə xəbərlər