Co Bayden Türkiyə və Suriyaya 50 milyon dollar yardım edib

Co Bayden Türkiyə və Suriyaya 50 milyon dollar yardım edib

Bakı, TurkicWorld

ABŞ prezidenti Co Bayden Türkiyə və Suriyaya 50 milyon dollar yardım edib. TurkicWorld-un məlumatına görə, Bayden ABŞ-ın Xarici İşlər naziri Antoni Blinkenə Türkiyə və Suriyada zəlzələlərdən zərər çəkənlərə təcili ehtiyaclarını ödəmək üçün 50 milyon dollar yardım ayırmağı tapşırıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 44 min 218 nəfərə çatıb.

,