NATO admiralı Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrə baş çəkib

NATO admiralı Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrə baş çəkib

Bakı, TurkicWorld

NATO admiralı Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrə baş çəkib. TurkicWorld-un məlumatına görə, bununla bağlı komandanlığın rəsmi twitter səhifəsindəki paylaşımda bildirilib

Qeyd edək ki, "NATO-nun Neapoldakı Birgə Qüvvələr Komandanı admiral Stuart Munsch Türkiyədə zəlzələdən zərər çəkmiş bölgələrə baş çəkmək və xilasetmə işlərini yerində görmək üçün Adanaya gəlib. Admiral, NATO və ABŞ komandalarının birgə yardım səylərini müşahidə edib və qiymətləndirib, NATO və ABŞ-ın Türkiyəyə çadırlar və yardım ləvazimatlarının daşınması fəaliyyətini nəzərdən keçirib”, - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 43 min 556 nəfərə çatıb.