Zəlzələ bölgələrində çadırların quraşdırılmasında ilk gündən fasiləsiz olaraq çalışırıq - AFAD

Zəlzələ bölgələrində çadırların quraşdırılmasında ilk gündən fasiləsiz olaraq çalışırıq - AFAD

Bakı, TurkicWorld:

Zəlzələ bölgələrində çadırların quraşdırılmasında ilk gündən fasiləsiz olaraq çalışırıq. TurkicWorld-un AFAD-a istinadən verdiyi məlumata görə, Kahramanmaraşda zəlzələdən zərər çəkmiş vilayətlərdə 329 min 382 çadırın quraşdırılması işləri tamamlanıb.

Zəlzələdən zərər çəkmiş vilayətlərdə AFAD tərəfindən qurulan çadırların sayı aşağıdakı kimidir:

Hatay 84 min 316, Kahramanmaraş 74 min 112, Gaziantep 49 min 670, Adıyaman 48 min 500, Malatya 26 min 960, Adana 17 min 515, Şanlıurfa 8 min 990, Osmaniye 7 min 282, Diyarbakır 7 min 458 ,Kilis 4 min 579 çadır quraşdırılıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 43 min 556 nəfərə çatıb.