Balıkəsir Universitetində Texnologiya Transfer Ofisi yaradılıb

Balıkəsir Universitetində Texnologiya Transfer Ofisi yaradılıb

Bakı. TurkicWorld:

TurkicWorld-un rəsmi media sponsoru olduğu Türkiyənin Balıkəsir Universitetində Texnologiya Transfer Ofisi (TTO) yaradılıb.

Məlumata görə, rektorluğun nəzdində fəaliyyət göstərəcək Texnologiya Transferi Ofisinin ilk İcraiyyə Şurasının iclası keçirilib.

İclas Balıkesir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu, Texnologiya Transferi İdarəsinin rəhbəri və prorektor Prof. Dr. Fatih Satıl, akademiklər və Balıkəsirdən sənaye müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilib.

Qeyd edək ki, İstanbul Ticarət Universiteti Texnologiya Transfer Ofisi Koordinatoru Prof. Dr. Abdul Halim Zaimidə iclasda iştirak edərək, Texnologiya Transfer Ofisi haqqında məlumat verib və layihələrlə bağlı təcrübələrini iştirakçılarla bölüşüb.

Görüşdən sonra rektor Prof. Dr. Yücel Oğurlu və iştirakçılar rektorluq binası daxilində işlərin yekunlaşdığı Texnologiya Transfer Ofisində araşdırmalar aparıblar.