AFAD zəlzələ bölgəsində 300 mindən çox çadır qurub

AFAD zəlzələ bölgəsində 300 mindən çox çadır qurub

Bakı, TurkicWorld:

AFAD Kahramanmaraşda zəlzələdən zərər çəkmiş vilayətlərdə 300 min 809 çadırın quraşdırılmasını tamamlayıb.

TurkicWorld AFAD-a istinadən xəbər verir ki, zəlzələ qurbanlarının müvəqqəti sığınacaq ehtiyaclarını qarşılamaq üçün zəlzələnin ilk anından çadırların daşınması fasiləsiz davam edir.

Zəlzələnin təsirli olduğu əyalətlərdə 270 nöqtədə çadır şəhərcikləri yaradan AFAD fərdi çadır tələblərini də qarşılayır. Bölgədə 300 min 809 çadır qurulub. Hatayda 69 min 766, Kahramanmaraşda 66 min 685, Qaziantepdə 49 min 670, Adıyamanda 45 min 852, Malatyada 25 min 380, Adanada 17 min 515, Şanlıurfada 8 min, Osmaniyedə 7 min 170, Diyarbəkirdə 6 min 328, Kilisdə 3 min 605 çadır quraşdırılıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 42 min 310 nəfərə çatıb.