...

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 42 310 nəfərə çatıb

Türkiyə Digər xəbərlər 21 Fevral 2023 18:13
TurkicWorld Aytac Aliyeva
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 42 310 nəfərə çatıb

Bakı. TurkicWorld

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 42 310 nəfərə çatıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Məqalədə:
Xəbərlər

Xəbər lenti