Hatayda baş verən zəlzələdən sonra axtarış-xilasetmə işlər bitdi

Hatayda baş verən zəlzələdən sonra axtarış-xilasetmə işlər bitdi

Bakı. TurkicWorld:

Türkiyənin Hatay bölgəsində baş verən 6,4 bal gücündə zəlzələdən sonra axtarış-xilasetmə işləri yekunlaşıb.

TurkicWorld bu barədə Türkiyə KİV-lərinə isitnadən bildirir.

Qeyd edilib ki, dağıntılar altında heç kəs qalmayıb. Kahramanmaraş mərkəzli zəlzələ ilə bağlı işlər isə davam edir.

Xatırladaq ki, ötən gün Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə iki zəlzələ baş verib.

Zəlzələ nəticəsində ölənlərin sayı 6-ya, yaralananların sayı isə 294 nəfərə çatıb