Son dəqiqə

Türkiyə FHN

Azərbaycanlı xilasedicilər Türkiyədə daha 12 nəfərin cəsədini çıxararaq təhvil veriblər

Azərbaycanlı xilasedicilər Türkiyədə daha 12 nəfərin cəsədini çıxararaq təhvil veriblər.

Bu barədə TurkicWorld-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmarada dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxararaq təhvil veriblər.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Mövzuya görə xəbərlər