Son dəqiqə

Balıkesir Universiteti

Türkiyənin Balıkəsir Universiteti zəlzələ bölgələrindəki dəstək fəaliyyətlərini davam etdirir

Bakı. TukicWorld:

Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında başlayan və Türkiyənin bir çox vilayətində baş verməyə davam edən zəlzələlərdən sonra TurkicWorld-un rəsmi media sponsoru olduğu Türkiyənin Balıkəsir Universiteti AFAD və digər əlaqədar rəsmi qurumlarla koordinasiyalı şəkildə bölgədəki dəstək fəaliyyətlərini davam etdirir.

Zəlzələ bölgələrindəki ehtiyaclara yönəlmiş işlər çərçivəsində Edremit Peşə Məktəbi tərəfindən birinci mərhələdə istehsalı tamamlanan 51 ədəd odun sobası və avadanlıqları ilə Havran Peşə Məktəbi tərəfindən təmin edilən yanacaq materialları zərər çəkən bölgələrə göndərilib.

Edremit Peşə Məktəbinin Müdiri Dos. Dr. Raif Sakinlə məktəbin müəllimi Həsən Demirhan və Havran Peşə məktəbinin Müdiri Dr. İsmayıl Atabayın koordinasiyasında həyata keçirilən soba istehsalı və yanacaq dəstəyi fəaliyyətləri ilə də 160 yeni soba istehsalı və yanacaq dəstəyi yaxın zamanlarda bölgələrər göndəriləcək.

Balıkesir Universitet Xəstəxanasının tərkibində olan Ortopediya və Travmatologiya və Təcili Tibbi Yardım mütəxəssisləri başda olmaqla, professor-müəllim heyəti və səhiyyə işçiləri zəlzələ bölgəsinndəki səhiyyə müəssisələrində işə başlayıblar.

Universitetin regiona ayni yardımı fəaliyyəti rəsmi qurumlarla əməkdaşlıq şəraitində davam edir. Bu çərçivədə ayni yardım materiallarının bölgəyə göndərilməsi davam edir.

Mövzuya görə xəbərlər