Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, DSX-nin Türkiyəyə növbəti yardımı göndərilib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, DSX-nin Türkiyəyə növbəti yardımı göndərilib

Bakı. TurkicWorld:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) Türkiyəyə növbəti yardımı göndərilib.

Bu barədə APA-ya DSX-dən məlumat verilib.

İki TIR vasitəsilə göndərilən yardımlara xüsusi hərbi qış çadırları, ədyallar, yataq kisələri, corab, əlcək,köynək, odun sobaları, içməli su daxildir.

Zərərçəkmiş 1000 nəfər heyət üçün göndərilən əmlaklar (2 ədəd TIR)

ss

Əmlakın adı

Göndərilib

Qeyd

1

Xüsusi hərbi qış çadırı (dairəvi 7m x 20m)

10 dəst

1000 nəfər heyət üçün

2

Yarımyun ədyal

1000 ədəd

3

Yataq kisəsi (qış şəraiti üçün)

1000 ədəd

4

Yarımyun corab

1000 cüt

5

Yarımyun əlcək

1000 cüt

6

Yarımyun köynək

650 ədəd

7

Qış termal alt paltarı

1000 dəst

8

Odun sobası (bütün ləvazimatları ilə)

20 dəst

9

İçməli "Sərhədçi" suyu (5 litrlik qablaşdırmalarda)

10 ton

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.