Bakı, TurkicWorld:
Tayvan yaxınlığındakı dənizdə 5,6 və 5,3 bal gücündə iki zəlzələ baş verib.
TurkicWorld xəbər verir ki, bu barədə Çin Seysmoloji Şəbəkə Mərkəzi məlumat verib.
Məlumatda bildirilib ki, zəlzələ yerin 30 və 27 kilometr dərinliyində baş verib.
Qeyd edək ki, aprelin əvvəlində Tayvan sahillərində maqnitudası 6,5-ə çatan və 13 nəfərin ölümünə səbəb olan 20-dən çox zəlzələ qeydə alınıb.