Türkiyədə ilk dəfə milli imkanlarla Helikopter Tutma və Transfer Sistemi hazırlanmağa başlanıb

Türkiyədə ilk dəfə milli imkanlarla Helikopter Tutma və Transfer Sistemi hazırlanmağa başlanıb

Bakı. TurkicWorld:

Türkiyədə ilk dəfə yerli və milli imkanlarla Helikopter Tutma və Transfer Sistemi hazırlanmağa başlanıb. TurkicWorld-un məlumatına görə, bunu Türkiyə Müdafiə Sənayesinin sədri İsmail Dəmir bildirib.

O qeyd edib ki, Türkiyənin bir zamanlar Kanadadan aldığı sistem sonralarda embarqoya məruz qalıb.

Helikopter Tutma və Transfer Sistemini yerli olaraq inkişaf etdirmək üçün 2021-ci ilin may ayında Türkiyənin STM və Altınay Müdafiə şirkətləri arasında "Helikopter Tutma və Transfer Sisteminin Lokalizasiyası və Təchizatı" layihəsi üzrə müqavilə imzalanıb.

Gəmi avadanlığı istifadəçilərinin, təyyarə pilotlarının və gəmiqayırma zavodunun texniki xidmət və təmir qrupunun rəylərinə uyğun olaraq yerli imkanlarla dizayn edilmiş Helikopter Tutma və Transfer Sistemi helikopterlərin təhlükəsiz şəkildə gəmiyə enməsinini və anqara çatdırılmasını təmin edəcək.

Helikopter Tutma və Transfer Sisteminin bu il Türkiyə silahlı qüvvələrinin inventarına təhvil verilərək ilk missiyasına başlayacağı gözlənilir.