Son dəqiqə

Türkiyə Əhməd Davudoğlu Gələcək Partiyası siyasət Prezident idarəetmə sistemi Parlament sistemi

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu siyasətlə vidalaşdı

BAKI,TurkicWorld

Türkiyənin müxalifətdə olan Gələcək Partiyasının sədri Əhməd Davudoğlu ölkədəki mövcud siyasi vəziyyətlə bağlı gözlənilməz və sərt qərar qəbul edib. O, öz ifadəsi ilə desək, “ölkədəki mövcud çirkli siyasi mühitdə iştirak etməmək” məqsədilə rəhbərlik etdiyi partiyanın ləğv edildiyini və siyasi fəaliyyətinə rəsmən son verdiyini bəyan edib.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, Əhməd Davudoğlu yayımladığı yazılı bəyanatda Türkiyədə tətbiq olunan hazırkı prezident idarəetmə üsulunu kəskin tənqid edərək bildirib ki, bu sistem ölkə idarəçiliyində ciddi mənfi nəticələrə gətirib çıxarıb. Partiya liderinin sözlərinə görə, mövcud model aşağıdakı fəsadları yaradıb:

Hakimiyyət səlahiyyətlərinin yalnız bir nəfərin və ya tək bir qurumun əlində toplanması;

Parlamentin nəzarət funksiyasının zəifləməsi və təsirinin azalması;

Məhkəmə hakimiyyətinin müstəqillik dərəcəsinin geriləməsi;

Dövlət institutlarının fəaliyyətində peşəkarlıqdan ziyadə şəxsi sədaqət prinsiplərinin ön plana çıxması.

Əhməd Davudoğlu dövlət hakimiyyəti qolları və səlahiyyətlər arasında pozulmuş tarazlığın yenidən bərpa edilməsi üçün ölkənin təcili şəkildə gücləndirilmiş parlament idarəetmə sisteminə keçməsinin vacibliyini vurğulayıb.

Mövzuya görə xəbərlər