BAKI, TurkicWorld Orxan Qədirzadə
2026-cı ilin yanvar–iyun aylarında Türkiyədən Azərbaycana dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz azalaraq 5 milyon 39 min 510 ABŞ dolları təşkil edib.
Bu barədə Türkiyə Ticarət Nazirliyindən TurkicWorld-un sorğusuna cavab olaraq məlumat verilib.
Nazirliyin açıqlamasına görə, 2026-cı ilin iyun ayında Türkiyənin Azərbaycana dəri məhsulları ixracı illik müqayisədə 14,7 faiz artaraq 847 min 100 ABŞ dollarına çatıb. Bu, iki ölkə arasında dəri sənayesi məhsulları üzrə ticarətdə aylıq artım tendensiyasının davam etdiyini göstərir.
Məlumata əsasən, 2026-cı ilin iyun ayında Türkiyənin ümumi dəri məhsulları ixracı ötən ilin eyni ayı ilə müqayisədə 21,2 faiz artaraq 109 milyon 545 min ABŞ dolları təşkil edib.
Eyni zamanda, 2026-cı ilin yanvar–iyun aylarında Türkiyənin qlobal dəri məhsulları ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz azalaraq 682 milyon 225 min ABŞ dollarına enib.
Türkiyə Ticarət Nazirliyi bildirib ki, son 12 ay ərzində – 2025-ci ilin iyulundan 2026-cı ilin iyun ayınadək ölkənin dəri məhsulları ixracının ümumi dəyəri 1 milyard 410 milyon 523 min ABŞ dollarına çatıb.