Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan Pakistan Türkiyə-Pakistan münasibətləri Pakistan Baş Naziri Şahbaz Şərif

Ərdoğan Şəriflə görüşdü - Nələr müzakirə edildi?

BAKI,TurkicWorld Orxan Qədirzadə

İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Pakistanın Baş naziri Şahbaz Şərif arasında görüş başlayıb. Tərəflər əvvəlcə Vahdettin Sarayında rəsmi qarşılanma mərasimindən sonra təkbətək danışıqlara keçiblər.

Görüşün mətbuata qapalı formatda keçirildiyi bildirilir. Danışıqlarda Türkiyə tərəfindən xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edir.

Rəsmi məlumata görə, ilkin təkbətək görüşdən sonra tərəflər nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli danışıqlara keçəcəklər. Müzakirələrin əsas mövzuları barədə rəsmi açıqlama verilməsə də, iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın gündəmdə olduğu ehtimal edilir.

Türkiyə və Pakistan son illərdə xüsusilə regional təhlükəsizlik, müdafiə sənayesi və ticarət sahələrində əlaqələri genişləndirən strateji tərəfdaşlar kimi çıxış edir.

Mövzuya görə xəbərlər