BAKI,TurkicWorld
Türkiyənin ilk yerli və milli, istehsaldan birbaşa zirehli strukturda hazırlanan SUV avtomobili "TULGA 4x4"-ün təhlükəsizlik qüvvələrinə təhvil verilməsi prosesi başlayıb.
TurkicWorld xəbər verir ki,BMC şirkətinin rəsmi açıqlamasına görə, avtomobil bütün taktiki qabiliyyət testlərini uğurla tamamlayaraq sahədəki missiyasına start verib.
"Ballistik Qorumalı Patrul və Müdaxilə Avtomobili Layihəsi" çərçivəsində hazırlanan TULGA 4x4, daxili təhlükəsizlik personalının operativ ehtiyaclarını qarşılamaq məqsədilə xüsusi olaraq dizayn edilib.
TULGA 4x4 təkcə zirehli yapısı ilə deyil, həm də texnoloji təchizatı və manevr qabiliyyəti ilə diqqət çəkir.
Təxminən 8 ton çəkiyə malik olan avtomobil 5 nəfərlik heyəti daşımaq potensialına malikdir.
Müstəqil ikiqat asqı sistemi (ön və arxa) və disk əyləcləri sayəsində həm çətin ərazi şəraitində, həm də şəhər daxili əməliyyatlarda yüksək hərəkət qabiliyyəti nümayiş etdirir.
Avtomobilin ballistik qoruma səviyyəsi təhlükəsizlik qüvvələrini müasir təhdidlərdən qorumaqla yanaşı, heyət üçün yüksək dayanıqlılıq və konfor xüsusiyyətlərini birləşdirir.
Zirehli quruluşu və ballistik təhdidlərə qarşı dözümlü dizaynı ilə seçilən TULGA 4x4-ün, Türkiyə təhlükəsizlik qüvvələrinin sahədəki fəaliyyətlərinə əhəmiyyətli töhfə verəcəyi hədəflənir. Layihə Türkiyənin müdafiə sənayesində yerli SUV seqmentində mühüm bir boşluğu doldurur.







