Son dəqiqə

Türkiyə İran

İran Türkiyəyə təbii qaz ixracını dayandırdı

BAKI,TurkicWorld

İran Türkiyəyə təbii qazın nəqlini tamamilə dayandırıb.

TurkicWorld xəbər verir ki, bu qərar İsrail ordusunun İranın ən böyük qaz yatağı olan "Cənub Pars" (South Pars) yatağına təşkil etdiyi hərbi hücumdan dərhal sonra qəbul edilib.

İsrailin İranın enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində "Cənub Pars" yatağındakı hasilat və nəql sistemlərinə ciddi ziyan dəydiyi bildirilir. İran rəsmiləri ixracın dayandırılmasını həm texnoloji qəzalar, həm də daxili ehtiyacların ödənilməsi zərurəti ilə əsaslandırırlar.

Türkiyə təbii qaz idxalında İrandan əhəmiyyətli dərəcədə asılıdır. İxracın dayandırılması Türkiyənin sənaye obyektlərində və elektrik enerjisi istehsalında çətinliklər yarada bilər. Rəsmi Ankara hələlik məsələ ilə bağlı geniş bəyanat verməsə də, enerji krizisinin qarşısını almaq üçün alternativ mənbələrə (Azərbaycan qazı və mayeləşdirilmiş qaz - LNG) müraciət ediləcəyi gözlənilir.

"Cənub Pars" dünyada ən böyük təbii qaz yataqlarından biri hesab olunur. İsrailin məhz bu nöqtəni hədəf alması İranın iqtisadiyyatına və ixrac potensialına sarsıdıcı zərbə vurmaq strategiyasının tərkib hissəsidir. Bu hücum həm də regionda enerji dəhlizlərinin təhlükəsizliyini sual altına qoyub.

Mövzuya görə xəbərlər