Son dəqiqə

Türkiyə Ankara Qətər Yaşar Gülər

Yaşar Gülər Qətər heyətini qəbul edib

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər, Qətər Silahlı Qüvvələrinin helikopter qəzasında şəhid olanların nəşlərini Türkiyəyə gətirən Qətər heyətini qəbul edib.

TurkicWorld xəbər verir ki, qəbul mərasimində Qətərin Ankara səfiri Faisal Abdullah Al-Henzab, Qətər Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Prezidenti Mohammed Rashid Al-Shahwani və Qətər Hərbi Ataşesi Abdulaziz Saleh Al-Sulaiti iştirak ediblər.

Gülər şəhid olan Qətərli hərbçilərə Allahdan rəhmət, dost və qardaş Qətər xalqına isə başsağlığı və səbr diləyib.

Qətər heyəti də şəhid olan Sinan Taştekin, ASELSAN texnikləri Süleyman Cemre Kahraman və İsmail Enes Can üçün Allahdan rəhmət, Türk xalqına isə başsağlığı və səbr arzulayıb.

Mövzuya görə xəbərlər