BAKI,TurkicWorld, Nailə Babazadə
Türkiyənin xarici işlər naziri Hakan Fidanın bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcəyi bildirilib.
TurkicWorld xəbər verir ki, nazir Fidanın bölgədəki son hadisələrlə bağlı Səudiyyə Ərəbistanının ev sahibliyi ilə Ər-Riyadda keçirilən toplantıdan sonra BƏƏ-yə gedəcəyi qeyd olunub.
Türkiyə Xarici İşlər Nazirliyi səfərlə bağlı yaydığı bəyanatda bildirib ki, cənab nazir 20 mart 2026-cı il tarixində Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.
Qeyd edək ki, Hakan Fidan dünən Qətərə də səfər etmişdi.






