Son dəqiqə

Türkiyə Türkiyə Daxili İşlər Nazirliyi narkotik ticarəti Narkotik narkotiklərə qarşı ailə tərbiyəsi narkotiklərlə ilk təcrübə narkotikə qarşı maarifləndirmə tədbirləri Türkiyədə narkotik istintaqı narkotik testinin nəticələri

Türkiyədə narkotik satıcılarına qarşı əməliyyatlar: 424 nəfər saxlanıldı

BAKI,TurkicWorld, Nailə Babazadə

Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı jandarma tərəfindən son iki həftə ərzində genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

TurkicWorld xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın verdiyi məlumata görə, ölkənin 63 vilayətində keçirilən əməliyyatlar zamanı ümumilikdə 1 ton 343 kiloqram narkotik vasitə və 178 min 615 ədəd narkotik tərkibli həb müsadirə edilib.

Əməliyyatlar çərçivəsində 424 şübhəli şəxs saxlanılıb. Onlardan 162-si barəsində həbs qətimkan tədbiri seçilib, 70 nəfər haqqında isə məhkəmənin nəzarət tədbirləri tətbiq olunub. Digər saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.

Mövzuya görə xəbərlər