Son dəqiqə

Türkiyə Antalya COP31

COP31 İqlim Konfransı 2026-cı ilin noyabrında Antalyada keçiriləcək

BAKI,TurkicWorld

BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP31) 9–20 noyabr 2026-cı il tarixlərində Antalyada keçiriləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiye Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi məlumat yayıb.

Məlumata görə, Avstraliya ev sahibliyi hüququnu Türkiyəyə verib və həmsədrlikdən çəkilib. Bu səbəbdən iqlim sammiti 2026-cı ildə Antalyada təşkil olunacaq.

Nazirliyin açıqlamasında bildirilib: "COP31 9–20 noyabr 2026-cı il tarixlərində Antalyada keçiriləcək. Türkiye iqlim diplomatiyasının mərkəzinə çevriləcək".

Mövzuya görə xəbərlər