Son dəqiqə

Türkiyə Hərbi Hava Qüvvələri təyyarə qəzası C130 hərbi təyyarəsi Gürcüstan Hava Naviqasiyası Administrasiyası

Türkiyəyə məxsus C130 təyyarəsi radarlardan itib - Gürcüstan Hava Naviqasiyası Administrasiyası

BAKI, TurkicWorld

Türkiyəyə məxsus C130 təyyarəsi Gürcüstan ərazisinə daxil olandan bir neçə dəqiqə sonra radarlardan itib.

TurkicWorld ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Hava Naviqasiyası Administrasiyası məlumat yayıb.

Bildirilir ki, təyyarə həyəcan siqnalı verməyib:

"Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyənin C130 təyyarəsi həyəcan siqnalı vermədən radarlarımızdan itib. Hadisədən sonra Gürcüstan Hava Naviqasiya Xidməti tərəfindən müəyyən edilmiş axtarış-xilasetmə tədbirləri həyata keçirilməyə başlanıb".

Mövzuya görə xəbərlər