Son dəqiqə

Türkiyə Milli Müdafiə Nazirliyi Qəzza zolağı Qəzza Qəzzada jurnalistlərin ölümü Qəzza humanitar böhranı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzzadan fələstinlilərin çıxarılması Qəzza müharibəsi reaksiya Qəzza müharibəsi 2025

Qəzzada Beynəlxalq Sabitlik Gücünün yaradılması planlaşdırılır - Türkiyə MN

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə Milli Müdafiə Nazirliyinin (MSB) mənbələri, Qəzzada əldə olunan atəşkəs razılaşmasından sonra bölgədə təhlükəsizliyin təmin edilməsi üçün Beynəlxalq Sabitlik Gücünün (ISF) yaradılmasının planlaşdırıldığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, Türkiyə MN-nin həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran nazirlik rəsmiləri, Qəzzada fəaliyyət göstərəcək bu qüvvədə Türk hərbçilərinin iştirak edib-etməyəcəyi barədə suallara cavab verib.

“Qəzzada iki ildir davam edən humanitar faciə nəzərə alınaraq, bölgəyə təcili humanitar yardımın çatdırılması və dağılan infrastrukturun yenidən qurulması prioritetdir. Bu məqsədlə Qəzza üzrə yaradılacaq tapşırıq qüvvəsinə qoşulmaq üçün əlaqələrimiz davam edir.” - deyə qeyd edilib.

Bildirilib ki, bu istiqamətdə Mülki-Hərbi Koordinasiya Mərkəzi (CMCC) qurulub. Bu quruma bağlı olaraq, təhlükəsizlik patrulları, mülki infrastrukturun qorunması, humanitar yardım, sərhəd təhlükəsizliyi, yerli təhlükəsizlik qüvvələrinin təlimi və atəşkəsin izlənməsi kimi vəzifələr veriləcək.

Mövzuya görə xəbərlər