Son dəqiqə

Türkiyə Fələstin Rəcəb Tayyib Ərdoğan TBMM Şərqi Qüds

Fələstin dövləti qurulana qədər mübarizəmiz davam edəcək - Ərdoğan

BAKI,TurkicWorld, Fərid Mikayılov

1967 sərhədləri üzərində, paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövləti qurulana qədər mübarizəmiz davam edəcək.

TurkicWorld xəbər verir ki, Ərdoğan bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) 28-ci dönəm 4-cü qanunvericilik ili açılış toplantısında səsləndirib.

Ərdoğan xüsusilə İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara qarşı TBMM-nin sərgilədiyi mövqeyə diqqət çəkib.

29 avqustda qəbul edilən “İsrailin Fələstin Xalqına Etdiyi Soyqrım Haqqında Qanun Layihəsi”ni güclü bir siyasi mesaj kimi qiymətləndirib.

Ərdoğan Türkiyənin Qəzza üçün atdığı addımları sadalayaraq, insani yardım, ticarətin kəsilməsi və hüquqi müstəvidə müdaxilələrə diqqət çəkib.

"Biz Qəzzaya 102 min tondan çox humanitar yardım çatdırdıq, 1,5 il əvvəl İsraillə ticarəti tamamilə kəsdik və Beynəlxalq Ədalət Məhkəməsində Soyqırım İşinə müdaxilə etdik"- deyə o bildirib.

Mövzuya görə xəbərlər