Son dəqiqə

Türkiyə İzmir təyyarə qəzası Pilot layihə təlim təyyarəsi

İzmirdə təlim təyyarəsi qəzaya uğrayıb pilot həlak olub

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyənin İzmir şəhərində bu səhər saatlarında təlim təyyarəsi düşüb.

TurkicWorld xəbər verir ki, qəza ilə bağlı məlumat alan aidiyyəti qurumlar – təcili tibbi yardım və yanğınsöndürmə briqadaları dərhal hadisə yerinə cəlb olunub. Əraziyə gələn xilasedicilər dərhal axtarış-xilasetmə işlərinə başlayıblar.

Verilən rəsmi məlumata görə, təyyarə Selçuk Hava Limanından havalanıb və Torbalının Kırbaş məhəlləsi ərazisində yerə çırpılıb. Qəza nəticəsində təyyarədə olan pilot həyatını itirib.

Hadisənin səbəbi ilə bağlı araşdırma aparılır.

Mövzuya görə xəbərlər